TikTok LIVE üçün interaktiv oyunlar

Efirini
oyuna
çevir.

Tamaşaçılar şərh, hədiyyə və bəyənmələrlə oyunu idarə edir. Sən efiri aparırsan, oyun isə özü işləyir. Səsli şərhçi Azərbaycan dilində danışır.

  • Kart tələb olunmur
  • Windows 10 və 11
  • TikTok LIVE Studio
  • Əlavə proqram lazım deyil
Xəritə oyunu: tamaşaçılar rayonları tutur
GGünay: Goranboy
LLeyla gül atdı, +1 rayon
Azarkeş Liqası: komandalar canlı matçda
EElvin: Qarabağ
NNigar komandasına güc verdi
Sürücülük Viktorinası: sual ekranda
RRauf: B
SSevda ilk düz cavab, +10
Niyə TikGaming

Tamaşaçıya hədiyyə üçün səbəb ver

Adi efirdə tamaşaçı baxıb çıxır. Oyunlu efirdə isə hər hədiyyə ekranda nəticə verir: tamaşaçı öz rayonu, komandası və ya şəhəri üçün göndərir.

  1. Hər kəs oyuna qoşulur

    Bir şərh kifayətdir. Tamaşaçının adı dərhal ekranda görünür.

  2. Rəqabət hədiyyələri artırır

    Biri önə keçəndə digəri geri qalmaq istəmir. Hədiyyə oyunda güc verir: rayon tutur, mərtəbə tikir, zombi vurur.

  3. Efir canlı qalır

    Tamaşaçılar raundun sonunu gözləyir. Şərhlər dayanmır, efirdə hər an nəsə baş verir.

Qeyd: gəlir auditoriyandan və efir vaxtından asılıdır, ona görə heç kim onu zəmanət verə bilməz. Oyunlar tamaşaçıya hədiyyə üçün səbəb yaradır.

Oyunlar

Oyunlar

Premium tarif bütün oyunları açır. Yeni oyunlar da əlavə ödəniş olmadan açılır.

Hamısını görmək üçün sürüşdürün

Azərbaycan Xəritəsi oyunu

Azərbaycan Xəritəsi

Tamaşaçı rayonunun adını yazır və xəritədə ərazi tutur. Raundun sonunda ən çox ərazisi olan qalib gəlir.

  • Şərhrayon adı
  • Hədiyyəəlavə rayon
Azarkeş Liqası oyunu

Azarkeş Liqası

Tamaşaçı komandasının adını yazır və onun tərəfində oynayır. Matçlar canlı keçir, cədvəl bütün mövsüm boyu saxlanılır.

  • Şərhkomanda adı
  • Hədiyyəkomandaya güc
Sürücülük Viktorinası oyunu

Sürücülük Viktorinası

Sürücülük imtahanının sualları efirdə. Hər tamaşaçının bir cavab haqqı var, düzgün cavab xal gətirir.

  • ŞərhA, B, C və ya D
  • Hədiyyəxal bonusu
12 ₼ / ayQiymətlər

Daha 20 oyun yolda

Şəhər Qur, Son Sığınacaq, At Yarışı, Kəndir Dartma, İsti Kartof və başqaları. Premium tarifdə hamısı əlavə ödəniş olmadan açılacaq.

Bütün oyunlar
Necə işləyir

4 addımda efirə çıx

  1. Yüklə

    Zip faylını aç və oyunu işə sal. Başqa proqram lazım deyil.

  2. Pulsuz başla

    Pulsuz 24 saat düyməsini bas. Kart və qeydiyyat tələb olunmur.

  3. LIVE Studio-ya əlavə et

    Oyunun linkini mənbə kimi əlavə et. Bir dəfə qurursan, sonra hər efirdə işləyir.

  4. Efirə çıx

    TikTok adını yaz və başla. Bəyənsən, tarif seç.

Qiymətlər

Bir axşamlıq kofe pulu

Müddət kodu ilk dəfə daxil etdiyin andan başlayır. Tarif avtomatik yenilənmir və kartından pul çıxılmır. Qiymətlərə bütün xərclər daxildir.

Gün

4 ₼ / 24 saat
  • Bütün oyunlar 24 saat
  • Xüsusi və bayram efirləri üçün
Al
Ən sərfəli

Premium

25 ₼ / ay
  • Bütün oyunlar bir kodla
  • Yeni oyunlar pulsuz gəlir
  • 1 ehtiyat TikTok hesabı
  • Quraşdırmada şəxsi dəstək
Premium al

Tək oyun

12 ₼ / ay
  • Seçdiyin bir oyun
  • Səsli şərhçi daxil
  • WhatsApp dəstəyi
Seç
Əvvəl sına, sonra ödə Oyunu yüklə və Pulsuz 24 saat düyməsini bas. Bütün oyunlar 24 saat açıq qalır. Sınaq hər kompüter və hər TikTok hesabı üçün bir dəfə verilir.

Necə ödəmək olar?

  1. Məbləği M10 ilə tezliklə nömrəsinə göndər.
  2. Qəbzi və seçdiyin tarifi WhatsApp ilə göndər.
  3. Kod bir neçə dəqiqə ərzində göndərilir.
WhatsApp ilə yaz
Yüklə

Oyunları yüklə

Yükləmək pulsuzdur. Oyunu açanda kodunu daxil et və ya 24 saatlıq pulsuz sınağı başlat. Windows 10 və 11, 64 bit.

LIVE Studio linkiMənbə əlavə et, sonra Link seç və bu ünvanı yaz: http://localtest.me:3000/live. Ölçü 720 × 768, səs açıq.
Windows xəbərdarlıq göstərir?Oyun yeni olduğu üçün Windows onu hələ tanımır. Daha çox məlumat, sonra Yenə də işə sal düyməsini bas.
Qara pəncərəOyunla birlikdə qara pəncərə açılır. Efir bitənə qədər onu bağlama, oyun onun vasitəsilə işləyir.
Oyunun idarə paneli
İdarə paneli

Hər şey sənin nəzarətindədir

  • Efirdən əvvəl test rejimində şərh və hədiyyələri yoxla
  • Raundu başlat, dayandır, fasilə ver
  • Şərhçini və musiqini bir düymə ilə açıb bağla
  • Yeniləmə çıxanda panel xəbər verir
Suallar

Tez-tez verilən suallar

Telefondan efir edirəm, olar?

Oyun Windows kompüterdə işləyir, efir TikTok LIVE Studio ilə açılır. Telefonu şərhləri oxumaq üçün istifadə edə bilərsən.

Pulsuz sınaq necə işləyir?

Oyunu yüklə və açanda Pulsuz 24 saat düyməsini bas. Bütün oyunlar 24 saat açıq qalır. Sınaq hər kompüter və hər TikTok hesabı üçün bir dəfə verilir.

Kompüteri dəyişsəm, kod itir?

Xeyr. Kod ilk istifadə olunduğu kompüterə bağlanır. Kompüteri dəyişəndə WhatsApp ilə yaz, kodu köçürəcəyik. Qalan müddət saxlanılır.

Neçə TikTok hesabı qoşmaq olar?

Kod ilk qoşulan hesaba bağlanır. Premium tarifdə bir ehtiyat hesab da əlavə etmək olar.

Premium kodu hər oyunda ayrıca yazmaq lazımdır?

Xeyr. Kodu bir oyunda daxil edirsən, digər oyunlar onu avtomatik tanıyır.

Yeniləmə çıxanda nə etməli?

İdarə panelinin yuxarısında bildiriş görünür. Yeni zip faylını yükləyib köhnəsinin yerinə aç. Kodu yenidən daxil etmək lazım deyil.

İnternet kəsilsə, oyun dayanır?

Qısa fasilələrdə oyun işləməyə davam edir. İnternet uzun müddət olmasa, oyun tarifi yoxlaya bilmir və dayanır.

Pulu geri qaytarmaq olar?

Kod istifadə olunmayıbsa, alışdan sonra 14 gün ərzində məbləğ tam qaytarılır. Ətraflı: qaytarma qaydası.

Tamaşaçılar nə qazanır?

Oyundakı xal, rayon və cədvəldə yer. Bunların pul dəyəri yoxdur.

TikTok efirimi məhdudlaşdırsa, nə etməli?

TikTok səbəbi açıqlamır, amma riski azaltmaq mümkündür. Öz təcrübəmizdən çıxan qaydaları TikTok LIVE bələdçisində yığdıq.

TikGaming TikTok-la əlaqəlidir?

Xeyr. TikGaming müstəqil xidmətdir, TikTok və ya ByteDance ilə əlaqəli deyil.